İlqar Bayramlı: Peşə təhsilində əhatəliliyi artıran əsas səbəb dövlət sifarişli yerlərdir 

18 Noyabr, 2026 - 11:00
İlqar Bayramlı: Peşə təhsilində əhatəliliyi artıran əsas səbəb dövlət sifarişli yerlərdir 

2022-ci ildə peşə təhsili almaq üçün müraciət edənlərin sayı 29 min nəfər olub. Cari ildə bu say 77 faiz artaraq 52 min nəfərə çatıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026”da söyləyib.

İ.Bayramlı qeyd edib ki, peşə təhsilində əhatəliliyin artmasının ən böyük səbəbi dövlət sifarişli yerlərin olması ilə bağlıdır. Bu da dövlətin bu sahəyə göstərdiyi diqqət  və qayğının nəticəsidir: “2022-ci ildə peşə təhsili müəssisələrinə qəbul olanların sayı 19 min nəfər olub. 2026-cı ildə isə 47 faiz artaraq 28 min nəfərə çatıb. Dövlət sifarişli yerlərə qəbul isə 16 mindən 23 minə yüksəlib”.

Onun sözlərinə görə, qadınların da peşə təhsilində təmsilçiliyi artaraq 32 faizdən 42 faizə yüksəlib.