Qəbələ Qastronomiya Bəyannaməsi imzalanıb

3 Noyabr, 2026 - 10:28
Qəbələ Qastronomiya Bəyannaməsi imzalanıb
Qəbələ Qastronomiya Sammiti çərçivəsində Qəbələ Qastronomiya Bəyannaməsi imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bəyannamə Qəbələnin zəngin qida irsinin, yerli icmalarının və təbii landşaftının tanıdılması, beynəlxalq səviyyədə qastronomiya turizmi destinasiyasına çevrilməsi, yerli kulinariya ənənələrinin qorunması və peşəkar kadr potensialının inkişafını hədəfləyir.
İlk Bəyannamə Qəbələ Hospitality Group, Azərbaycan Turizm Bürosu, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi arasında imzalanıb.
Əməkdaşlıq çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi kulinariya təhsilinin dəstəklənməsi, praktiki təlimlərin təşkili, yerli qastronomiya irsinin qorunması və restoranlarla əməkdaşlıq vasitəsilə ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verəcək.
 
Gənc aşpazlar üçün yeni imkanların yaradılması, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və yerli məhsulların təşviqi əməkdaşlığın əsas istiqamətlərindəndir.
Bu təşəbbüs Qəbələnin turizm potensialının genişlənməsinə, yerli dəyərlərin qorunmasına və peşəkar kadr hazırlığının gücləndirilməsinə xidmət edəcək.