2030-cu ilədək ən çox hansı peşələrə tələbat azalacaq?

18 Noyabr, 2026 - 11:55
2030-cu ilədək ən çox hansı peşələrə tələbat azalacaq?

2030-cu ilədək əmək bazarında poçt xidməti əməkdaşlarına, bank kassirlərinə və məlumat daxiletmə operatorlarına tələbatın daha sürətlə azalacağı proqnozlaşdırılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə “Gələcəyin Peşələri Sammiti”ndə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib.

O, Dünya İqtisadi Forumunun (WEF) işəgötürənlər arasında keçirdiyi sorğunun nəticələrinə əsaslanan 2025–2030-cu illər üzrə proqnozu təqdim edib:

“2030-cu ilədək tələbatın ən sürətlə azalacağı peşələr arasında ilk yerdə poçt xidməti əməkdaşları, ikinci yerdə bank kassirləri və əlaqəli əməliyyat işçiləri, üçüncü yerdə isə məlumat daxiletmə operatorları qərarlaşıb. Sonrakı yerlərdə kassirlər və bilet satışı əməkdaşları, inzibati köməkçilər və rəhbər katibləri, çap sənayesi işçiləri, mühasibat uçotu və əməkhaqqı işçiləri, eləcə də material uçotu və anbar qeydiyyatı işçiləri yer alır”, - deyə o vurğulayıb.