Gələn il 12 peşə təhsili müəssisəsi təmir ediləcək

13 Noyabr, 2026 - 12:18
Gələn il 12 peşə təhsili müəssisəsi təmir ediləcək

“2030-cu ilədək 23 yeni və müasir peşə təhsili müəssisəsi tikiləcək və əsaslı təmir ediləcək”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Nazir müavini bildirib ki, 2027-ci ildə 12 müəssisədə təmir edilməsi və emalatxananın quraşdırılması planlaşdırılır. Həmçinin 40 yeni təhsil proqramı və dərslik hazırlanacaq.