Qəbul imtahanlarında fənlər üzrə ən yaxşı nəticə göstərən məktəblər – SİYAHI
Kənd rayonlarının bəzi məktəblərinin məzunları 2024-2025-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında bir neçə fənn üzrə yaxşı nəticə göstərib.
“Azərbaycan müəllimi” Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalına istinadən həmin məktəblərin adlarını təqdim edir:
– Saatlı rayonu Əlisultanlı kənd tam orta məktəbi ədəbiyyat, riyaziyyat, fizika və kimya fənləri üzrə;
– Şəki rayonu Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü lisey ədəbiyyat, riyaziyyat və fizika fənləri üzrə;
– Tovuz rayonu Təbiət və texniki təmayüllü məktəb-lisey fizika, tarix və ədəbiyyat (rus bölməsi üzrə) fənləri üzrə;
– Tovuz rayonu M.Ələkbərov adına şəhər tam orta məktəbi, Göyçay rayonu 7 saylı şəhər tam orta məktəbi, İsmayıllı rayonu Diyallı kənd tam orta məktəbi, Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbi ana dili və ədəbiyyat fənləri üzrə;
– Qubadlı rayonu Qaralar kənd tam orta məktəbi ana dili və tarix fənləri üzrə;
– Qax rayonu 4 saylı şəhər tam orta məktəbi fizika və informatika fənləri üzrə;
– Zaqatala rayonu Texniki fənlər liseyi kimya və tarix fənləri üzrə;
– Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbi kimya və informatika fənləri üzrə;
– Goranboy rayonu 3 saylı şəhər tam orta məktəbi fizika və kimya fənləri üzrə;
– Quba rayonu 3 saylı şəhər tam orta məktəbi biologiya və informatika (rus bölməsi üzrə) fənləri üzrə;
– İsmayıllı rayonu 1 saylı şəhər tam orta məktəbi, Goranboy rayonu Xanqərvənd kənd tam orta məktəbi ana dili fənni üzrə;
– Goranboy rayonu Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbi ədəbiyyat fənni üzrə,
– Neftçala rayonu Astanlı kənd tam orta məktəbi fizika fənni üzrə;
– Masallı rayonu Musaküçə kənd tam orta məktəbi, Biləsuvar rayonu Bağbanlar kənd tam orta məktəbi, Cəlilabad rayonu 7 saylı şəhər tam orta məktəb, Lənkəran rayonu Şürük kənd tam orta məktəbi, Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbi kimya fənni üzrə;
– Cəlilabad rayonu Göytəpə 1 saylı şəhər tam orta məktəbi, Xaçmaz rayonu 8 saylı şəhər tam orta məktəbi, Bərdə rayonu Texniki təmayüllü məktəb-lisey biologiya fənni üzrə,
– Ağstafa rayonu Həsənsu kənd tam orta məktəbi, Salyan rayonu Marışlı kənd tam orta məktəbi, Göyçay rayonu 9 saylı şəhər tam orta məktəbi, İsmayıllı rayonu Qurbanəfəndi kənd tam orta məktəbi, Xaçmaz rayonu 1 saylı şəhər tam orta məktəbi (rus bölməsi üzrə), Qəbələ rayonu 3 saylı şəhər tam orta məktəbi tarix fənni (rus bölməsi) üzrə;
– Qəbələ rayonu Soltan Nuxa kənd tam orta məktəbi, Quba rayonu Təbiət fənləri üzrə 2 saylı şəhər məktəb-liseyi, İmişli rayonu 8 saylı şəhər orta məktəb, Sabirabad rayonu Qaraqaşlı kənd tam orta məktəbi, Şərur rayonu Çərçiboğan kənd tam orta məktəbi coğrafiya fənni üzrə;
– Şəki rayonu Oxud kənd tam orta məktəbi informatika fənni üzrə yüksək nəticələr göstərib.



