“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 İyun, 2025 - 16:53
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri müəyyənləşib.

“Azərbaycan müəllimi” xəbər verir ki, 10 iyun tarixində keçirilmiş final turunda 33 nəfər şagird iştirak edib. Bu mərhələdə ən yüksək nəticə göstərən 18 iştirakçı qalib adını qazanıb. Onlardan 3 nəfər I, 6 nəfər II, 9 nəfər isə III yerə layiq görülüb. Qaliblərin mükafatlandırılması ilə bağlı məlumat yaxın günlərdə ictimaiyyətə elan olunacaq.

Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, mədəni irsi və ictimai-siyasi əhəmiyyəti haqqında bilikləri artırmaq, milli yaddaşı möhkəmləndirmək və vətənpərvərlik ruhunu təbliğ etməkdir.

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri