Qeyri-formal və informal təhsilin tanınması istiqamətində peşə sənədi təqdim olunub

19 Mart, 2026 - 16:33
Qeyri-formal və informal təhsilin tanınması istiqamətində peşə sənədi təqdim olunub

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qeyri-formal və informal təhsilin tanınması istiqamətində növbəti təltifetmə tədbiri keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə TKTA tərəfindən “Avtomobil mühərriklərinin yığıcısı”,“Bərbər-vizajist-manikürçü” ixtisasları üzrə təşkil olunmuş qiymətləndirmə prosesində müvəffəqiyyət qazanan ərizəçilərə müvafiq peşə sənədi təqdim edilib.

Tədbirdə çıxış edən Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin baş məsləhətçisi Vüsalə Mütəllibova qeyri-formal və informal yollarla əldə olunmuş bilik və bacarıqların tanınmasının əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırmaq istərdik ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat (https://tinyurl.co­­­m/53jmtf8z) davam edir. Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək, həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, TKTA tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli, 279 nömrəli Qərarına əsasən sahibinə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq imkanı verir. Eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ yaradır.