Region gəncləri üçün kinematoqrafiya sahəsində inkişaf imkanı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə "Region gənclərinin kinematoqrafiya akademiyası" layihəsinə start verilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, Gəncə şəhərində baş tutacaq layihənin məqsədi region gənclərinin aktyorluq, rejissorluq və ssenaristlik sahələrində yaradıcılıq potensialını üzə çıxarmaq, onlara peşəkar biliklər qazandırmaq və praktiki təcrübə qazanmalarına imkan yaratmaqdır.
Layihə çərçivəsində peşəkar ekspertlərdən aktyorluq, rejissorluq və ssenaristlik üzrə intensiv təlimlər keçiriləcək. Seçilən iştirakçılarla qısametrajlı film hazırlanacaq, filmin münsiflər qarşısında təqdimatı və qiymətləndirilməsi təşkil olunacaq və sertifikatla təltif olunma imkanı təqdim ediləcək.
Layihəyə 17-29 yaş arası olan, aktyorluq, rejissorluq və ya ssenaristlik sahəsinə maraq göstərən, komandada işləmə bacarığı olan, Gəncə və ətraf regionlarda yaşayan gənclər müraciət edə bilərlər.
Layihəyə buradan müraciət edə bilərsiniz.
Qeyd edək ki, son müraciət tarixi 25 fevral 2025-ci ildir.


