“Rəqəmsal bacarıqlar” layihəsi 500 mindən çox şagirdi əhatə edir

10 Dekabr, 2024 - 13:06

2024-2025-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi işğaldan azad olunmuş əraziləri də əhatə etməklə ölkə üzrə 762 məktəbdə həyata keçirilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Qeyd edilib ki, bu məktəblərdən 230-u layihəyə yeni qoşulub. Cari tədris ilindən layihə ölkənin 57 şəhər və rayonunda 6000 müəllimi və 500 mindən çox şagirdi əhatə edir.

Xatırladaq ki, layihənin keçirilməsində əsas məqsəd təhsilalanlara alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə hazırlama, komanda ilə iş bacarıqlarını və proqramlaşdırmanın əsaslarını öyrətməkdir.