RFM və Lütfi Zadə olimpiadasının iştirakçılarının NƏZƏRİNƏ!

22 May, 2026 - 11:23
RFM və Lütfi Zadə olimpiadasının iştirakçılarının NƏZƏRİNƏ!

Respublika Fənn Müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının final mərhələsi mayın 31-də keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq buraxılış vərəqələrini əldə edə bilərlər.

İmtahan saat 11:00-da başlayacaq və bütün fənlər üzrə 150 dəqiqə davam edəcək. İmtahan binasına kənar əşyaların və köməkçi vasitələrin gətirilməsi qadağandır. Binada mobil telefon və digər şəxsi əşyaların saxlanılması üçün yer ayrılmayacaq. Fizika, kimya və təbiət fənləri üzrə yarışan şagirdlər kalkulyator gətirə bilərlər.

Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasında iştirakçılara 25 qapalı tipli sual, Fənn Müsabiqələrində isə açıq və yarımqapalı tipli suallar təqdim olunacaq.