RFO nəticələrinin yoxlanılmasına başlanılıb: Qiymətləndirmə qaydaları belədir

19 Yanvar, 2026 - 15:54
RFO nəticələrinin yoxlanılmasına başlanılıb: Qiymətləndirmə qaydaları belədir

Respublika fənn olimpiadasının (RFO) rayon (şəhər) mərhələsində şagirdlərin yazdıqları cavab vərəqlərinin ilk imtahan günündən, yəni 18 yanvardan etibarən emalına başlanılıb.

Bununla bağlı Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, nəticələr hazır olduqdan sonra Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinə göndərilir və bir neçə gün ərzində nəticələr şagirdlərin şəxsi kabinetlərinə yüklənir. Prosesin 3 fevrala qədər başa çatdırılması planlaşdırılır.

Qurumdan o da bildirilib ki, hər bir kitabçada 20 sual var və hər sual 4 balla qiymətləndirilir. Dörd səhv cavab bir doğru cavabı aparır, yəni hər bir yanlış cavab ümumi baldan 1 bal silir. 

Qeyd edilib ki, yaxın günlərdə sual kitabçaları və düzgün cavablar ictimaiyyətlə paylaşılacaq.