RFO-nun informatika fənnindən yarımfinal mərhələsi keçirilib
15 fevral tarixində Respublika fənn olimpiadalarının informatika fənnindən aşağı yaş qrupu üzrə yarımfinal mərhələsi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Belə ki, imtahan aşağı yaş qrupu üzrə 8-9-cu sinif şagirdlərinin iştirakı ilə ADA, BANM, UNEC, ADNSU, UFAZ, BDU, BMU, SDU, AzTU, AzMİU, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, Naxçıvan STEAM mərkəzində təşkil olunub.
Qeyd edək ki, 16 fevral tarixində RFO-nun informatika fənnindən 10-11-ci sinif şagirdlərinin iştirak etdiyi yuxarı yaş qrupu üzrə yarımfinal mərhələsi baş tutacaq.
Aşağı və yuxarı yaş qrupu üzrə ümumilikdə 2100-dən çox şagird iki gün ərzində final mərhələsinə vəsiqə qazanmaq üçün bilik və bacarıqlarını nümayiş etdirəcəklər.



