RFO-nun respublika mərhələsinin yarımfinal turunun nəticələri elan edildi

4 Mart, 2025 - 15:20
RFO-nun respublika mərhələsinin yarımfinal turunun nəticələri elan edildi

23 fevral tarixində keçirilən Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb. 

“Azərbaycan müəllimİ” xəbər verir ki, şagirdlər nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.

Qeyd edək ki, respublika mərhələsinin yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.