RFO-nun yarımfinal turunun nəticələri AÇIQLANDI
Respublika Fənn Olimpiadaları (RFO) çərçivəsində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri daxil olmaqla 7 fənn üzrə təşkil edilən yarımfinal turunun nəticələri açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Respublika Fənn Olimpiadalarının yarımfinal turunun nəticələri ilə bağlı müraciətlər 3 iş günü ərzində (16 mart saat 15:00-a qədər) qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Qeyd edək ki, final turunun aprel ayının ikinci yarısında təşkil edilməsi planlaşdırılır. Bununla bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcək.



