Rumıniya İqtisadi Elmlər Akademiyasının rektoru AzTU-da olub

29 Oktyabr, 2026 - 11:11
Rumıniya İqtisadi Elmlər Akademiyasının rektoru AzTU-da olub

Rumıniyanın İqtisadi Elmlər Akademiyasının (ASE) rektoru, professor Nikolae İstudor və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Konstantin Marius Profiroiu Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, qonaqlar AzTU-nun rektoru, professor Vilayət Vəliyev və universitetin əməkdaşları ilə görüşüblər. Görüşdə AzTU-da təhsil, elmi tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində həyata keçirilən işlər barədə məlumat verilib.

Tərəflər iki universitet arasında mövcud əməkdaşlığın nəticələrini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər. Birgə elmi-tədqiqat layihələrinin hazırlanması, qarşılıqlı maraq doğuran tədqiqat sahələrində əməkdaşlığın genişləndirilməsi, tələbə və akademik heyət mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin aktual mövzular üzrə birgə elmi tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Rumıniya nümayəndə heyəti AzTU-nun laboratoriyaları, tədris və tədqiqat infrastrukturu ilə tanış olub.