Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb

25 Noyabr, 2026 - 18:14
Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb

Noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi Li Nan ilə görüşüb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş çərçivəsində Pekin Kimya Texnologiya Universiteti ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında mövcud əlaqələr, xüsusilə hazırda həyata keçirilən beynəlxalq ikili diplom proqramları çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb
Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb
Elm və təhsil naziri Çin universitetinin rəhbərliyi ilə görüşüb