Sabah bu universitetlərdə tədris yenə onlayn olacaq - SİYAHI

24 Fevral, 2025 - 21:19
Sabah bu universitetlərdə tədris yenə onlayn olacaq - SİYAHI
Sabah bu universitetlərdə tədris yenə onlayn olacaq - SİYAHI

Hava şəraiti ilə əlaqədar olaraq bəzi ali təhsil müəssisələrində tədris sabah da onlayn olacaq.

"Azərbaycan müəllimi"nin əldə etdiyi məlumata görə, həmin universitetlər aşağıdakılardır:

Bakı Mühəndislik Universiteti,

Azərbaycan Dövlət Pedaqoji Universiteti,

Xəzər Universiteti,

Azərbaycan Memarlıq və İnşaat Universiteti,

Bakı Avrasiya Universiteti.

Lakin fevralın 23-də tədrisi onlayn və ya hibrid formada keçirilmiş universitetlərin çoxu ənənəvi tədris modelinə qayıdıblar. Həmin ali təhsil müəssisələri bunlardır:

Azərbaycan Dövlət İqtisad Universiteti,

Bakı Dövlət Universiteti,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,

Azərbaycan Milli Konservatoriyası,

Azərbaycan Dillər Universiteti.