SABAH doktorantları harada oxuyacaqlar? – Universitetlər açıqlandı
SABAH proqramının doktorantura səviyyəsində hansı universitetlərdə qəbul aparılacağı açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman jurnalistlərə açıqlamasında bildirib ki, ilk dəfə olaraq pilot qaydada Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Ali Neft Məktəbində və Azərbaycan Respublikasının Təhsil İnstitutunda SABAH proqramının tətbiqi nəzərdə tutulub.
İxtisaslar isə “Riyaziyyat”, “Fizika”, “Kimya”, “Biologiya”, “Yer elmləri”, “Texnika elmləri” və “Pedaqogika”dır.



