SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 İyul, 2025 - 18:46
SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olub.  

“Azərbaycan müəllimi” xəbər verir ki, bu məlumat Elm və Təhsil Nazirliyinin “2024–2025-ci tədris ili rəqəmlərdə” adlı rəsmi hesabatında yer alıb.

Hesabata görə, "SABAH qrupları" layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə  4134 tələbəni və 6842 məzunu əhatə edir.

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb
SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb