Şabran məktəbliləri qızıl medal qazandılar
13 aprel tarixində Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu uşaq-gənclər idman-şahmat məktəbinin boks idman növü üzrə yetirmələri böyük uğura imza atıblar.
Bu barədə “Azərbaycan müəllimi”nə idarədən məlumat verilib.
Bildirilib ki, Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli tam orta məktəb liseyin şagirdləri – Tunca Mürşüdova (40 kq çəki dərəcəsində) və Xumar Cəfərli (70 kq çəki dərəcəsində) mötəbər turnirdə birinci yerə layiq görülərək qızıl medal qazanıblar.
Oxşar yazılar
Quba-Xaçmaz bölgəsində fənn olimpiadalarında uğur qazanan şagirdlərin sayı artıb
21 Yanvar, 2025 0 54
"Çətinliklər məqsədə doğru irəliləməkdə maneə yox, təcrübə olmalıdır” - MÜSAHİBƏ
16 Yanvar, 2025 0 429

