Şimal bölgəsinin təhsil müəssisələrində tikinti işləri aparılır
Yeni tədris ilinə hazırlıq çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki 3 orta ümumtəhsil müəssisəsində tikinti işləri aparılır.
Bu barədə "Azərbaycan müəllimi"nə Quba-Xaçmaz RTİ-dən məlumat verilib.
Bildirilib ki, Quba rayonu Hacıhüseynli kəndində 528 şagird, Qusar rayonu Kuzunqışlaq kəndində 220 şagird yerlik məktəb binalarının və Şabran rayonu Ağalıq kəndində isə 648 şagird yerlik orta ümumtəhsil məktəbinin tikintisi aparılır.




