Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib
Aprelin 17-də elm və təhsil naziri Emin Əmrullayev Qusar şəhərində vətəndaş qəbulu keçirib.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.



