Şagird sayı az olan məktəblər daha böyük məktəblərlə birləşdirilir – Emin Əmrullayev
İl ərzində 100-dən çox məktəbdə optimallaşdırma və rasionallaşdırma tədbirləri çərçivəsində daşınmalar həyata keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Nazir bildirib ki, optimallaşdırma çərçivəsində şagird sayı az olan məktəblər daha böyük məktəblərlə birləşdirilir: “Əgər yaxınlıqda məktəb yoxdursa, o zaman şagirdlərin daşınması həyata keçirilir”.
Həmçinin bildirilib ki, sadəcə optimallaşdırma və rasionallaşdırma çərçivəsində deyil, təmir-tikinti işləri çərçivəsində də şagirdlərin daşınması həyata keçirilə bilər.




