Şagirdlər arasında“Həmrəylik oyunu” keçirilib
"Konstitusiya və Suverenlik İli" çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş futbol idman növü üzrə “Həmrəylik oyunu” keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, oyun Elitar Gimnaziya ilə 247 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri arasında təşkil olunub.
Oyunun əsas məqsədi gənc nəslə milli birlik, həmrəylik və vətənpərvərlik dəyərlərini aşılamaq, məktəblər arasında dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək, eyni zamanda şagirdlərin sağlam həyat tərzinə marağını artırmaqdan ibarət olub.
Vll sinif şagirdlərinin iştirak etdiyi “Həmrəylik oyunu”nda valideynlərin də fəal şəkildə azarkeşlik etməsi oyuna xüsusi rəng qatıb, məktəb–ailə əməkdaşlığının əyani nümunəsi kimi yadda qalıb.
Sonda qalib gələn komanda mükafatlandırılıb.
Qeyd edək ki, “Həmrəylik oyunu” təkcə idman yarışı deyil, həm də milli-mənəvi dəyərlərin təbliği, gənclər arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli ictimai tədbir kimi qiymətləndirilib.


