Biologiya fənni üzrə seçim imtahanının nəticələri elan olunub

12 Oktyabr, 2026 - 12:03
Biologiya fənni üzrə seçim imtahanının nəticələri elan olunub

Oktyabrın 4-də biologiya fənni üzrə yuxarı yaş qrupu üçün keçirilən seçim imtahanının nəticələri açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, şagirdlər aşağıdakı keçidə daxil olmaqla imtahan nəticələri ilə tanış ola bilərlər.

Siyahıda 1-dən 29-dək qeyd olunan şagirdlər beynəlxalq olimpiadalara hazırlıq komandasına qoşulmaq hüququ qazanıblar.

Hazırlıq dərslərinin keçirilmə vaxtı və təşkili ilə bağlı ətraflı məlumat yaxın günlərdə elan olunacaq.

Biologiya_YYQ_nəticələr