Şagirdlərimizin beynəlxalq olimpiadalardakı möhtəşəm uğurları – STATİSTİKA

4 Avqust, 2025 - 12:05
Şagirdlərimizin beynəlxalq olimpiadalardakı möhtəşəm uğurları – STATİSTİKA
Şagirdlərimizin beynəlxalq olimpiadalardakı möhtəşəm uğurları – STATİSTİKA

2024–2025-ci tədris ilində Azərbaycan məktəbliləri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən nüfuzlu yarışlarda yüksək nəticələr əldə ediblər.

“Azərbaycan müəllimi” nüfuzlu beynəlxalq yarışlarda məktəblilərimizin qazandığı uğurların statistikasını təqdim edir:

Riyaziyyat fənni üzrə: 

  • Beynəlxalq Jautıkov Olimpiadası – 1 bürünc medal (Qazaxıstan)
  • Balkan Riyaziyyat Olimpiadası – 1 gümüş və 2 bürünc medal (Bosniya)
  • Beynəlxalq Əl-Xərəzmi Olimpiadası – 2 qızıl və 2 gümüş medal (Özbəkistan)
  • Beynəlxalq Yeniyetmələrin Balkan Olimpiadası  – 1 qızıl, 2 gümüş və 2 bürünc medal (Şimali Makedoniya)
  • Beynəlxalq Riyaziyyat Olimpiadası – 4 həvəsləndirici mükafat (Avstraliya) 

Kimya fənni üzrə:

  • Beynəlxalq Mendeleyev Kimya Olimpiadası – 1 gümüş və 2 bürünc (Braziliya)
  • Beynəlxalq Kimya Olimpiadası – 1 gümüş və 3 bürünc medal (BƏƏ) 

Fizika fənni üzrə:

  • Beynəlxalq Jautıkov Olimpiadası – 3 bürünc medal (Qazaxıstan)
  • Beynəlxalq Fizika Olimpiadası – 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat (Fransa)
  • Asiya Fizika Olimpiadası (APHO) – 5 həvəsləndirici mükafat (Səudiyyə Ərəbistanı)

Biologiya fənni üzrə:

  • Beynəlxalq Biologiya Olimpiadası  – 1 bürünc medal və 1 həvəsləndirici mükafat  (Filippin) 

İnformatika fənni üzrə:

  • Beynəlxalq Jautıkov Olimpiadası – 1 qızıl və 3 bürünc medal (Qazaxıstan)
  • İnfocup Beynəlxalq İnformatika Müsabiqəsi  – 1 qızıl, 1 gümüş və 1 bürünc medal (Rumıniya)
  • Beynəlxalq Əl Xərəzmi Olimpiadası – 2 bürünc medal (Özbəkistan)
  • Beynəlxalq Asiya Pasifik İnformatika Olimpiadası – 1 bürünc medal (Özbəkistan)
  • Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadası – 2 gümüş və 1 bürünc medal (Sinqapur)
  • Avropa Qızlar İnformatika Olimpiadası – 2 bürünc medal və 1 həvəsləndirici mükafat  (Almaniya)
  • Beynəlxalq İnformatika Olimpiadası – 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafat (Boliviya) 

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (fizika, kimya biologiya fənləri üzrə) – 6 bürünc medal (Rumıniya)