Səfir: “Koreya dili” ixtisası üzrə 110-dan çox tələbə məzun olub

12 İyun, 2026 - 18:32
Səfir: “Koreya dili” ixtisası üzrə 110-dan çox tələbə məzun olub

“Avrasiyanın strateji kəsişməsində dayanan Azərbaycan əsrlər boyu böyük dövlətlərin geosiyasi mübarizələrinin coşğun dalğalarına və çətinliklərinə dözüb. Lakin Azərbaycan bu tarixi çətinliklərin öhdəsindən əzmlə gəlib. Ölkəniz artıq sadəcə qlobal məsələlərin iştirakçısı deyil. O, bəşəriyyətin gələcək gündəliyini formalaşdıran proaktiv liderdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Koreya Respublikasının ölkəmizdəki səlahiyyətli səfiri Kımqu Kanq BDU-nun "Məzun günü"ndə səsləndirib.

Səfir bildirib ki, son iyirmi ildə BDU-dan “Koreya dili” ixtisası üzrə 110-dan çox tələbə məzun olub: “Təbii enerji resurslarına malik Azərbaycan bu ənənəvi imkanlarından istifadə edərək Orta Dəhliz vasitəsilə həyati əhəmiyyətli bir qlobal logistika mərkəzinə çevrilib və hazırda bərpa olunan enerji və yaşıl hidrogen vasitəsilə qlobal yaşıl keçiddə öncülük edir. Vətəninizin bu cür vacib qlobal gündəmlərdə dünyaya liderlik etdiyi bir vaxtda məzun olmaq böyük bir nemətdir”.

Onun sözlərinə görə, məzunların missiyası bu ölkənin sərhədləri ilə məhdudlaşmır: “Sizdən yalnız Azərbaycanın davamlı inkişafı və Koreya ilə Azərbaycan arasında dostluq körpüsünün yaradılması istiqamətində deyil, həm də bütün bəşəriyyətin ortaq rifahı üçün böyük töhfələr gözləyirik”.