Şəki-Zaqatala bölgəsində 172 məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

28 Avqust, 2025 - 14:56
Şəki-Zaqatala bölgəsində 172 məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb
Şəki-Zaqatala bölgəsində 172 məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları 2024–2025-ci tədris ilində yüksək nəticələr göstəriblər.

Nəticələrə əsasən:

Şəki rayonundan – 67 nəfər,

Qəbələ rayonundan – 57 nəfər,

Zaqatala rayonundan – 22 nəfər,

Balakən rayonundan – 10 nəfər,

Qax və Oğuz rayonlarının hər birindən - 8 nəfər məzun 600-dən çox bal toplayıb.

Region üzrə ən yüksək nəticəni Şəki rayonu Orta Zəyzid kənd Asim Kamil oğlu adına 1 nömrəli tam orta məktəbin məzunu Orxan Abdulsəmədli göstərib. O, buraxılış və qəbul imtahanlarının hər ikisində maksimum nəticə göstərərək 700 bal toplayıb.

Digər yüksək nəticə göstərən məzunlar arasında:

Qax şəhəri N. Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin məzunu Çiçək Hümmətli – 697 bal,

Balakən rayonu Amin Novruzov adına Humanitar və texniki fənlər təmayüllü liseyin məzunu Şahin Məmmədov – 695 bal,

Qəbələ rayonu Daşca kənd tam orta məktəbin məzunu Səmra Mahmudova – 692 bal,

Oğuz şəhəri Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin məzunu Gülər Ənsərli – 683 bal,

Zaqatala şəhəri Şıxəli Qurbanov adına 3 nömrəli tam orta məktəbin məzunu Xanzadə Həsənova – 678 bal fərqlənib.