Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı

12 May, 2025 - 21:08
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı

Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktorunun yayılmış səs yazısı ilə əlaqədar olaraq araşdırmalar aparılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.

Bildirilib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir.

Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı