Şirvan-Salyan bölgəsində fənn olimpiadalarında uğur qazanan şagirdlərin sayı artıb
Şirvan-Salyan regionu üzrə Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə keçən şagirdlərin sayında bu il artım olub
"Azərbaycan müəllimi" xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə təhsil müəssisələrindən 977 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb.
Ötən illə müqayisədə yarımfinal turuna keçmiş şagirdlərimizin sayında 241 (32.7%) nəfər artım qeydə alınıb.
Xatırladaq ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri bir necə gün əvvəl elan olunub.



