Şirvan-Salyan regionunda 14 şagird RFM-nin rayon mərhələsində 100 bal toplayıb
Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə Respublika fənn müsabiqələrinin (RFM) rayon turunda maksimum- 100 bal toplayan şagirdlərin sayı məlum olub.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq darədən məlumat verilib.
Bildirilib ki, RFM-nin rayon turunda idarə üzrə 14 şagird maksimum bal toplayıb.
Həmçinin bildirilib ki, Şirvan-Salyan regionu üzrə 486 şagird RFM və Lütfi Zadə olimpiadasının yarımfinalına vəsiqə qazanıb.



