Şirvan-Salyan regionunun 12 məktəbində yeni isitmə sistemi qurulur
 
                                Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 10 məktəbdə qazanxana və 2 məktəbdə kombi sistemi qurulur.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq idarədən bildirilib.
Neftçala rayonunda 5 məktəbdə kombi, Hacıqabul rayonunda 1 məktəbdə qazanxana, Salyan rayonunda 1 məktəbdə qazanxana, Biləsuvar rayonunda 3 məktəbdə qazanxana, 2 məktəbdə kombi sistemi qurulur.
Həmçinin qeyd olunub ki, indiyə qədər Biləsuvar rayonu üzrə məktəblərin 8-i (1-i elektriklə, 7-si qazla) kombi, 18-si qazanxana, 8-i pelet sobası, Salyan rayonu üzrə 1-i kombi-elektrik, 11-i kombi-qaz, 27-si qazanxana, 8-si pelet sobası, Neftçala rayonu üzrə 1-i elektrik soba, 2-si kombi-qaz, 18-i qazanxana, 7-si pelet sobası, Hacıqabul rayonu üzrə 3-ü kombi-qaz, 26-sı qazanxana, 1-i pelet sobası, Şirvan şəhəri üzrə 14-ü qazanxana sistemi ilə qızdırılıb.
Eləcə də Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki bağçalar üzrə Salyanda 4-ü elektrik qızdırıcı, 2-si elektrik radiatoru, 3-ü elektrik sobası, 7-si kombi-qaz,1-i qazanxana, 1-i odun sobası, Neftçala rayonu üzrə 1-i elektrik sobası, 4-ü kombi elektrik, 9-u kombi-qaz, 1-i qazanxana, 4-ü pelet sobası, Biləsuvar rayonu üzrə 5-i kombi-qazla, 1-i qazanxana, 5-i pelet sobası, Hacıqabul rayonu üzrə 1-i elektrik sobası, 2-si qazanxana, Şirvan şəhəri üzrə 2-si kombi-qazla, 5-i isə qazanxana sistemi ilə qızdırılır.
 



 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            