SOCAR ilə DP məzunlarının karyerası müzakirə edilib

28 Oktyabr, 2026 - 11:10
SOCAR ilə DP məzunlarının karyerası müzakirə edilib

Dövlət Proqramı İdarəetmə Qrupu ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri arasında görüş keçirilib. Görüşdə Dövlət Proqramı məzunlarının məşğulluğuna dəstək, təcrübə imkanlarının genişləndirilməsi və tərəflər arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, SOCAR nümayəndələri məzunların işə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, DPİQ tərəfindən şirkətə yönləndirilmiş, iş axtarışında olan məzunlarla SOCAR, onun tabeli və törəmə qurumları, eləcə də Bakı Ali Neft Məktəbində mövcud vakansiyalar üzrə görüşlər keçirilib və məzunların işə qəbulu istiqamətində işlər davam etdirilir.

Həmçinin Dövlət Proqramı məzunlarına SOCAR-da işə qəbul zamanı yaradılan imtiyaza diqqət çəkilib. Qeyd olunub ki, onlar test mərhələsindən azad edilərək birbaşa müsahibə mərhələsinə buraxılırlar.

Tərəflər Dövlət Proqramı iştirakçıları və məzunlarının SOCAR-ın təcrübə proqramlarına cəlb olunması imkanlarını da nəzərdən keçiriblər. Onların bu proqramlarda iştirakına dəstək göstərilməsi barədə razılıq əldə olunub.

Görüşdə Dövlət Proqramı iştirakçılarının təhsil xərclərinin bir hissəsinin SOCAR tərəfindən maliyyələşdirilməsi imkanları da müzakirə olunub. Bu istiqamətdə müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib.