STK-da payız imtahan sessiyasının nəticələrinə dair iclas keçiriib

16 Fevral, 2026 - 10:13
STK-da payız imtahan sessiyasının nəticələrinə dair iclas keçiriib

Fevralın 13-də Sənaye və Texnologiya Kollecində (STK) 2025-2026-cı tədris ilinin payız imtahan sessiyasının nəticələrinə aid Pedaqoji Şura iclası keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, ilkin məlumatdan sonra kollecin tədris hissə müdiri Lalə Nəsibova “Yazılı imtahanların keçirilməsi və nəticələri”, qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri Günel Dadaşova “Rəqəmsal imtahanların keçirilməsi və nəticələri”, şöbə müdiri Pərvin Məmmədova “BSQ və qabiliyyət tələb edən imtahanların keçirilməsi və nəticələri”, münaqişə komissiyasının sədri, tədris işləri üzrə direktor müavini Könül Abdurrahimova “Münaqişə komissiyasının nəticələri”, istehsalat təcrübə rəhbərləri Sevinc Qəmbərova və Aynur Allahverdiyeva “Qiyabi qruplarda keçirilmiş təcrübələrin nəticələri”, tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov “2025-2026-cı tədris ilinin birinci yarımili müddətində keçirilmiş mədəni-kütləvi tədbirlər və qarşıda duran vəzifələr”, baş mühasib Elçin Ağayev “2025-2026-cı tədris ilinin büdcə və büdcədənkənar vəsaitlərin daxilolma və xərclənmə vəziyyəti” mövzularında çıxış ediblər.

 Sonra kollecin direktoru professor Nasim Abışov Pedaqoji Şura iclasında deyilən məsələlərlə əlaqədar yekun nitqi söylədi, 2025-2026-cı tədris ilinin yaz semestrində qarşıda duran vəzifələrdən söz açdı və kollecdə həllini tapacaq cari məsələləri qeyd etdi. Daha sonra kollecdə sosial paket, ekoloji layihələr, yeni ixtisasların açılması, tələbələrin nizam-intizam qaydalarının təsdiqi, tələbə gənclər təşkilatınln, tələbə həmkarlar təşkilatının, tələbə elmi cəmiyyətinin yararadılması, əmək bazarlarının araşdırılması, yaz semestrində rəqəmsal imtahanların aparılması və digər məsələlər barədə danışdı.