STK-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

25 Fevral, 2026 - 17:18
STK-da Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Fevralın 25-də Sənaye və Texnologiya Kollecində 26 fevral – Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə dəvət olunmuş qonaqlar, müəllim kollektivi və tələbələr iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qarabağ İtkin Ailələri İctimai Birliyinin sədr müavini, Xocalı özünümüdafiə batalyonunun könüllü döyüşçüsü, itkin şəhid Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin Qadınlar Şurasının sədri, Xocalı rayonunun ən yaşlı şəhidi, 82 yaşlı şəhidimiz Allahverdi Hüseynovun nəvəsi Ayna Allahyar qızı və Hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov Xocalı faciəsi ilə əlaqədar ürək sözlərini bildiriblər.

Tədbirdə Xocalı faciəsini əks etdirən slaydlar və videoçarxlar nümayiş etdirilib, kollecin tələbələri tərəfindən Xocalıya həsr olunmuş bayatı, şeir və ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonda kollecin direktoru, professor Nasim Abışov çıxış edərək Xocalı faciəsini bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət kimi dəyərləndirib və onun heç vaxt unudulmayacağını söyləyib. Sonra ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu məsələnin dünyanın siyasi arenasına çıxarılmasında göstərdiyi böyük xidmətlərdən danışıb. Həm də Xocalı faciəsini dəqiqliklə öyrənməyin və gənc nəslə aşılanmasının vacibliyini qeyd edib. Eyni zamanda tədbirin təşkilatçılarına və dəvət olunmuş qonaqlara təşəkkürünü bildirib.