STK uşaqların və gənclərin inkişafına dəstək göstərəcək

3 Mart, 2026 - 10:29
STK uşaqların və gənclərin inkişafına dəstək göstərəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci (STK) ilə “Inclusive Organization Company” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, memorandum Sənaye və Texnologiya Kollecinin direktoru Nəsim Abuşov və “Inclusive Organization Company” MMC-nin rəhbəri İbrahim Məmmədovun birgə təşəbbüsü əsasında reallaşmışdır.

Əməkdaşlığın əsas məqsədi İnkişaf Klubu çərçivəsində uşaqların və gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, inklüziv təhsil və sosial təminat prinsiplərinin gücləndirilməsi, bərabər imkanların yaradılması və xüsusi qayğıya ehtiyacı olan şəxslərin potensialının üzə çıxarılmasıdır. Bu təşəbbüs inklüziv dəyərlərin təbliği və davamlı inkişaf mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin rəhbəri İlahə Nuriyevanın koordinasiyası ilə həyata keçiriləcək fəaliyyətlər uşaqların fərdi bacarıqlarının inkişafına və inklüziv mühitdə uğurlu formalaşmasına xidmət edəcək.

Bu memorandum tərəflər arasında uzunmüddətli və məqsədyönlü əməkdaşlığın əsasını qoyur.