Stolüstü tennis yarışları başa çatıb
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında stolüstü tennis yarışlarına yekun vurulub. “Şüa İdman-Sağlamlıq Mərkəzində” keçirilən yarışın nəticələrinə əsasən, oğlanların şəxsi mübarizəsində Əliəkbər Mirzəliyev qalib gəlib. Saleh Hümbətov ikinci, İsgəndər İsgəndərovla Camal Kərim üçüncü yeri tutub.
Qızların yarışı Gülnur Kərimlinin qələbəsi ilə nəticələnib. O, finalda Alina Miradiyevanı məğlub edib. Minəxanım Banluyeva ilə Səidə Qulizadə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qoşa mübarizədə Əliəkbər Mirzəliyevlə Camal Kərim baş mükafata layiq görülüb. Saleh Hümbətovla Tunar Hüseynzadə ikinci, Tərxan Şəmizadə - Nihat Mustafayev və Tuncay Hümbətov – Ernest Trofimenko tandemi üçüncü nəticə göstərib.
Qızların qoşa yarışı Gülnur Kərimli ilə Alina Miradiyevanın qələbəsi ilə başa çatıb. Səidə Qulizadə ilə Aylin Şərifli gümüş, Minəxanım Banluyeva – Mehin Nurizadə və Sofiya İlyasova – Səlimə Sultanova cütü bürünc medala layiq görülüb.
Qarışıq qoşa mübarizədə isə Əliəkbər Mirzəliyevlə Səidə Qulizadə fəxri kürsünün 1-ci, Saleh Hümbətovla Alina Miradiyeva ikinci, Ernest Trofimenko ilə Gülnur Kərimli və Camal Kərimlə Aylin Şərifli üçüncü pilləsinə qalxıb.
Mükafatları Elm və təhsil nazirinin müavini Firudin Qurbanovla Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam təqdim edib.
Xatırladaq ki, iyunun 21-də start götürən stolüstü tennis yarışlarında 17 komandanın ümumilikdə 120-yə yaxın üzvü bacarığını göstərib.




