"Study in Azerbaijan" layihəsi beynəlxalq miqyasda genişlənir

3 Noyabr, 2025 - 20:37
"Study in Azerbaijan" layihəsi beynəlxalq miqyasda genişlənir
"Study in Azerbaijan" layihəsi beynəlxalq miqyasda genişlənir
"Study in Azerbaijan" layihəsi beynəlxalq miqyasda genişlənir

“Study in Azerbaijan” layihəsinin coğrafiyası genişlənməkdə davam edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, ümumilikdə 11 ölkədən 70 əcnəbi tələbə Azərbaycan universitetlərində təhsil alır. Layihə iştirakçılarının 52 nəfəri bakalavriat, 18 nəfəri magistratura pilləsində təhsil alır.

Layihənin əsas məqsədi Azərbaycanda ali təhsil almaq istəyən əcnəbi tələbələrə müvafiq məlumat və dəstək təqdim etməkdir.