“Suallar çox rahat idi” - Bu gün tarix müəllimləri imtahan veriblər

24 İyun, 2026 - 14:30
“Suallar çox rahat idi” - Bu gün tarix müəllimləri imtahan veriblər

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi davam edir. "Azərbaycan müəllimi" xəbər verir ki, bu gün tarix müəllimləri imtahan veriblər. 

İmtahan verənlərdən biri Bakıdakı 239 nömrəli tam orta məktəbin müəllimi Günay Qurbanovadır. O, imtahanın asan və orta səviyyəli olduğunu bildirib:

"İnanıram ki, bu imtahan müəllimlərin bacarıq və savadlarının üzə çıxarılması üçün vacib prosesdir. İmtahana test işləyərək özüm hazırlaşmışam". 

İmtahan  verən müəllimlərdən biri isə 55 bal toplayan 153 nömrəli məktəbin müəllimi Elmir Nəsirovdur. O, prosesin çox yaxşı təşkil edildiyini bildirib:

"Suallar çox rahat idi, amma mən daha ciddi hazırlaşa bilməmişdim. Sertifikatlaşdırma prosesi müəllimin üzərində işləməsi, həm də əməkhaqqının differensiallaşması baxımından vacibdir".