Subbakalavrlar ADA Universitetində bu ixtisasa qəbul ola bilərlər
ADA Universiteti uyğun kənd təsərrüfatı yönümlü ixtisasları bitirən subbakalavrın ali təhsilə çıxış imkanlarının genişləndirilməsi məqsədilə universitetin “Heyvandarlıq” (Animal Science) bakalavriatura proqramına aşağıdakı meyarlara uyğun qəbul təklif edir.
Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.
Müvafiq ixtisas uyğunluğu;
Subbakalavr diplomu üzrə ortalama göstəricinin minimum 90% olması;
ADA Universiteti tərəfindən daxili müsahibə mərhələsinin uğurla keçilməsi (müsahibələrin ADA Universitetinin müəllim heyətinin iştirakı ilə 12-13 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur).
Maraqlanan namizədlər bachelors@ada.edu.az poçtuna yaza bilərlər.




