Sertifikasiyaya hazırlaşan tarix müəllimləri üçün test nümunələri AÇIQLANDI

12 Fevral, 2026 - 10:25
Sertifikasiyaya hazırlaşan tarix müəllimləri üçün

“Bütün suallar eyni çətinlik səviyyəsinə malik deyil. Çətinlik dərəcələrinə görə suallar asan, orta və çətin olmalıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu ARTİ tərəfindən tarix fənni üzrə sertifikasiyaya hazırlıq məqsədilə təşkil edilən vebinarda Azərbaycan tarixi və ümumi tarix dərsliklərinin həmmüəllifi Hafiz Cabbarov deyib.
O qeyd edib ki, elmi ədəbiyyatda çətinlik dərəcəsinin müəyyən edilməsi müxtəlif meyarlara əsaslanır:
“Sualın çətinliyi düzgün cavabların sayını imtahan verənlərin ümumi sayına bölməklə hesablanır. Yaradıcılıq səviyyəsindən başqa bütün idrak səviyyələrini yoxlayan testlərin tərtib edilməsi mümkündür”.

O əlavə edib ki, cavab variantlarının hazır şəkildə verilməsi daha yüksək səviyyəli bacarıqları və xüsusən də yaradıcılığı ölçməyi çətinləşdirən amildir. Buna görə də yaradıcılıq üçün faydalılığı aşağıdır:

“Qiymətləndirmədə obyektivlik, xüsusilə də çoxsaylı iştirakçıların rəqabət apardığı imtahanlarda çoxseçimli testlərin istifadəsi səmərəlidir. Daha çox mövzu ilə bağlı bilik və bacarıqlar yoxlanıla bilir. Bu isə məzmunla bağlı etibarlılığı artırır”.

Hafiz Cabbarov tarix fənni üzrə sertifikasiya imtahanına düşəcək test nümunələrini də təqdim edib.
Həmin test nümunələri ilə fotolardan tanış ola bilərsiniz.