Təhsil işçilərinin övladları üçün "Eynşteyn" olimpiadasında iştirak güzəşti
Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turunda təhsil işçilərinin övladları üçün güzəştli iştirak imkanı nəzərdə tutulub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ilə əməkdaşlıq çərçivəsində ittifaq üzvlərinin övladlarına olimpiadada iştirak haqqına 40% güzəşt tətbiq olunur.
16 may 2026-cı il tarixində Azərbaycanda Almaniya mərkəzli Beynəlxalq Eynşteyn Olimpiadasının seçim turunun keçirilməsi planlaşdırılır. Olimpiada şagirdlərə elm və riyaziyyat istiqamətləri üzrə bilik və bacarıqlarını sınamaq imkanı yaradır. Seçim mərhələsində yüksək nəticə göstərən iştirakçılar final mərhələsində iştirak hüququ əldə edə bilərlər.
Olimpiada iki istiqamət üzrə təşkil olunur: Elm və Riyaziyyat. Elm istiqaməti həyat bilgisi, fizika, kimya və biologiya fənlərini, riyaziyyat istiqaməti isə cəbr, həndəsə, riyazi məntiq və problem həll etmə bacarıqlarını əhatə edir.
2026-cı il seçim mərhələsinin Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Quba, Naxçıvan, Xankəndi, Şəmkir və Şəki şəhərlərində keçirilməsi nəzərdə tutulur. Proqrama əsasən riyaziyyat üzrə imtahan saat 11:00-da, Təbiət Elmləri kateqoriyası üzrə imtahan isə saat 14:00-da təşkil olunacaq.
Final mərhələsinin 26–30 oktyabr 2026-cı il tarixlərində Almaniyanın Berlin şəhərində keçirilməsi planlaşdırılır.
Qeydiyyat üçün: https://shorturl.at/FtFrZ



