"BilBacar" müsabiqəsinin I hazırlıq mərhələsi başladı!
“Bilbacar” müsabiqəsinin I hazırlıq mərhələsi başlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, şagirdlər məktəb koordi natorları tərəfindən təqdim edilmiş giriş məlumatları ilə platformaya daxil olaraq sualları cavablandırmağa başlaya bilərlər.
Qeyd edilib ki, qeydiyyat prosesi davam edir.
Müvafiq keçidə daxil olmaqla müsabiqə barədə daha ətraflı məlumat əldə edə bilərsiniz: bilbacar.edu.az




