Təhsil krediti alan tələbələrin 63 faizi qadınlardır  

25 Dekabr, 2025 - 10:53
Təhsil krediti alan tələbələrin 63 faizi qadınlardır  

Təhsil tələbə krediti alanların 44 min 71 nəfəri (63 faizi) qadın, 26 min 322 nəfəri (37 faizi) isə kişidir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, bu göstərici fondun qadınların, xüsusilə regionlarda yaşayan və sosial həssas ailələrdən olan qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir.