Təhsil müəssisələrində orta aylıq əməkhaqqının məbləği açıqlanıb

16 Oktyabr, 2026 - 11:33
Təhsil müəssisələrində orta aylıq əməkhaqqının məbləği açıqlanıb

2026-cı ilin yanvar-avqust aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı açıqlanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar–sentyabr aylarını əhatə edən “Sosial, iqtisadi inkişaf” aylıq məruzəsində öz əksini tapıb.

Statistikaya əsasən, təhsil sahəsində qeyd edilən dövrdə aylıq nominal əməkhaqqı 834,0 manat təşkil edib. O cümlədən dövlət təhsil müəssisələrində 824,4 manat, qeyri-dövlət təhsil müəssisələrində isə 980,1 manat olub.