Təhsil müəssisələrində zorakılığın qarşısının alınması: məktəb–valideyn əməkdaşlığı prioritetdir 

5 Dekabr, 2025 - 17:49

Dekabrın 5-də Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbdə “Təhsil müəssisələrində zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib. Pedaqoji ictimaiyyət, psixoloqlar, hüquq- mühafizə orqanlarının nümayəndələri və təhsil ekspertlərini bir araya gətirən tədbirdə müasir təhsilin ən aktual çağırışlarından biri olan təhlükəsiz məktəb mühiti məsələsi geniş müzakirəyə olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin ehtiramla anılması ilə başlayıb. 

Konfransda çıxış edən Mingəçevir şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova məktəbdə təhlükəsiz mühitin formalaşdırılmasının yalnız inzibati məsələ deyil, həm də humanitar məsuliyyət olduğunu vurğulayıb. O bildirib ki, uşaqların psixoloji və fiziki rifahı təhsilin keyfiyyətindən əvvəl gəlir və müəllim kollektivinin, valideynlərin, psixoloqların bu məsələdə birgə fəaliyyəti həlledici rol oynayır. S.Həsənovanın fikrincə, məktəb təkcə bilik verən deyil, eyni zamanda uşaqlara etibar, güvən və sosial davranış mədəniyyəti aşılayan bir mühitdir. Uşağın özünü təhlükəsiz hiss etmədiyi məktəbdə təlim prosesinin tam funksional və keyfiyyətli şəkildə qurulması mümkün deyil.

Mərkəzi Aran regional təhsil idarəsinin, inzibati təşkilat sektorunun məsləhətçisi Adil Məmmədli isə çıxışında məktəblərdə nizam-intizamın möhkəmləndirilməsi, şagird davranışının idarə olunması və valideyn–məktəb əlaqəsinin sistemli şəkildə qurulmasının zəruriliyinə toxunub. O qeyd edib ki, zorakılığın qarşısının alınması yalnız cəza və inzibati tədbirlərdən ibarət düşünülməməlidir. Əksinə, zamanında aparılan maarifləndirmə, valideynlərin məktəb həyatına aktiv cəlb edilməsi, məsuliyyət bölgüsünün aydın müəyyən olunması və psixoloji xidmətlərin gücləndirilməsi məktəb daxilində risk faktorlarını əhəmiyyətli dərəcədə azaldır. Onun sözlərinə görə, “məktəb–valideyn əməkdaşlığı” anlayışı təkcə toplantılardan ibarət deyil; bu əməkdaşlıq qarşılıqlı etimada, açıq kommunikasiya kanallarına və uşağın maraqlarını mərkəzə götürən ortaq strategiyaya söykənməlidir.

Konfransda çıxış edən Mingəçevir Texniki-Humanitar Liseyin direktoru Nailə Məmmədova məktəbdaxili təhlükəsizlik siyasətinin müasir idarəetmənin vacib tərkib hissəsinə çevrildiyini bildirib. O, müəllimlərin davranış qaydaları üzrə təlimləri, məktəb heyətinin fövqəladə hallara operativ reaksiya bacarıqlarının artırılmasını, monitorinq və müşahidə sistemlərinin təkmilləşdirilməsini xüsusi qeyd edib.  N.Məmmədova hesab edir ki, təhlükəsizliyin təmin olunması yalnız texniki vasitələrlə bitmir; şagirdlərlə aparılan gündəlik kommunikasiya, münasibətlərin düzgün qurulması və məktəbdə psixoloji təhlükəsizlik atmosferinin yaradılması daha həlledici faktorlardır.

Psixoloq Günel Abdullayeva uşaqlarda yaranan aqressiv davranışların kökündə dayanan social-psixoloji səbəbləri geniş təhlil edərək zorakılığın böyük ölçüdə ünsiyyət çatışmazlığından qaynaqlandığını qeyd edib.  O bildirib ki, ailədə səsvermə mədəniyyətinin olmaması, uşaqların fikrinə önəm verilməməsi və ya internet resurslarındakı aqressiv məzmunlara nəzarətin zəif olması şagirdlərdə özünüifadə problemləri yaradır. “Uşaq eşidilmədiyi yerdə zorakılıq özünüifadə vasitəsinə çevrilir” deyən G.Abdullayevanın fikrincə, məktəbdə psixoloqun fəaliyyəti yalnız baş vermiş hadisələrin araşdırılması ilə məhdudlaşmamalı, əvvəlcədən risklərin müəyyənləşdirilməsi və valideynlərlə koordinasiyalı şəkildə preventiv işlərin aparılması əsas istiqamət olmalıdır.

Mingəçevir Şəhər İcra Hakimiyyəti Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Səbuhi Hüseynov çıxışında zorakılıqla bağlı hüquqi mexanizmlərin tətbiqində mövcud iş prinsiplərini və qanunvericiliyin tələblərini geniş şərh edib. O diqqətə çatdırıb ki, təhsil müəssisələri uşaqların hüquqlarının qorunması sahəsində birbaşa məsul qurumlardır və hər bir müəllim hüquqi prosedurlar barədə məlumatlı olmalıdır. S.Hüseynov bildirib ki, uşaqların hüquqlarını müdafiə etmək yalnız inzibati bir öhdəlik deyil, həm də cəmiyyətin mənəvi borcudur.

Mingəçevir Dövlət Universitetinin professoru Fərəh Cəlil məktəb psixologiyası ilə bağlı çıxışında psixoloji xidmətin mahiyyətinə daha geniş baxış təqdim edib.  O qeyd edib ki, psixoloqun işi yalnız münaqişə yarandıqdan sonra müdaxilə etməklə ölçülmür. Əksinə, psixoloq məktəb həyatının ən aktiv iştirakçılarından biri olmalı, müəllimlərlə, valideynlərlə və şagirdlərlə qarşılıqlı əlaqədə olaraq sağlam mühitin formalaşması üçün fasiləsiz fəaliyyət göstərməlidir. Professorun sözlərinə görə, psixoloji xidmət sistemli şəkildə qurulduğu halda zorakılığın yaranma ehtimalı əhəmiyyətli dərəcədə azalır.

Konfransın panel müzakirəsi isə mövzunun multidissiplinar xarakterini daha da aydın göstərdi. Sosial Xidmətlər Agentliyinin mütəxəssisi Səidə Novruzova, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Əməkdar müəllim Mail İsmayılov və Mingəçevir şəhər prokurorunun müavini Balahüseyn Şabanov zorakılığa qarşı mübarizədə institutlararası əməkdaşlığın əvəzsiz rolunu vurğulayıblar. Panel iştirakçıları bildiriblər ki, yalnız məktəb daxilində deyil, ailə, sosial xidmət, hüquq-mühafizə orqanları və icma birlikdə hərəkət etdiyi zaman zorakılığın qarşısının alınması real nəticə verir. Müzakirələrdə qanunvericiliyin icrası, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideynlərin məsuliyyətinin artırılması və erkən xəbərdarlıq mexanizmlərinin tətbiqi kimi məsələlər ön plana çıxarılıb.

Konfrans qarşılıqlı əməkdaşlıq niyyətlərinin ifadəsi, növbəti addımların planlaşdırılması və təhsil müəssisələrində zorakılıqsız mühitin qurulması istiqamətində yeni yanaşmaların formalaşdırılması ilə yekunlaşıb. Tədbir iştirakçıları qeyd ediblər ki, təhlükəsiz məktəb təkcə tədrisin deyil, həm də sağlam, sosial məsuliyyətli və psixoloji baxımdan balanslı gələcək nəslin formalaşmasının əsas şərtidir.