Təhsil naziri tələbə adını qazanan şəhid övladı ilə görüşüb

29 Avqust, 2025 - 11:06

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Ruzi İbrahimovun tələbə adını qazanan qızı Gülay İbrahimova və onun ailə üzvləri ilə görüşüb.

Nazirlikdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, ️Elxan Nəcəfov ali məktəbə qəbul olması münasibətilə Gülay İbrahimovaya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin və Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun təbriklərini çatdırıb və onların adından hədiyyələr təqdim edib. 

️Təhsil naziri qeyd edib ki, şəhid ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur, çünki şəhid övladları Vətənə əmanətdir.

Şəhid Ruzi İbrahimovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.  

Qeyd edək ki, Gülay İbrahimova Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.