Təhsil proqramlarını işəgötürənlərin ehtiyaclarını nəzərə almaqla yenidən qururuq - Zəfər Qurbanov
"Kənd təsərrüfatı Azərbaycanın strateji inkişaf prioritetlərindən biridir və bu sahənin davamlı inkişafı üçün savadlı, müasir yanaşmalara malik kadrların hazırlanması olduqca vacibdir. İşəgötürənlərin tələblərinə cavab verən kadr hazırlığı yalnız aqrar sahənin inkişafını deyil, həm də regionların sosial-iqtisadi dirçəlişini təmin edə bilər".
Bu fikirləri "Azərbaycan müəllimi"nə müsahibəsində Azərbaycan Dövlət Aqrar Universtetinin rektoru Zəfər Qurbanov deyib.
O əlavə edib ki, ADAU kadr hazırlığı prosesində yerli və transmilli şirkətlərlə əməkdaşlığa önəm verir. Bir çox şirkətlərin universitetdə auditoriyaları yaradılır, birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində mütəxəssislər ali təhsil müəssisəsinə dəvət olunur.
Bundan başqa, universitet işəgötürənlərlə sıx əməkdaşlıq edərək onların ehtiyaclarını təhlil edir və təhsil proqramlarını buna uyğun olaraq yenidən qurur.



