Təhsil Tələbə Krediti Fondu müraciətçilərə çağırış edib
Təhsil tələbə krediti üçün Təhsil Tələbə Krediti Fonduna (TTKF) daxil olmuş müraciətlər öncə təhsil müəssisəsi tərəfindən yoxlanılır.
Bu barədə “Azərbaycan müəllimi” nə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Qeyd edilib ki, TTKF-yə daxil olmuş müraciətlər yoxlanıldıqdan sonra informasiya sistemi tərəfindən emal olunur. Emal prosesi bitdikdən sonra müraciətin statusu ilə razılaşmayan tələbə bundan imtina edə və ya redaktə edib müraciətini yenidən göndərə bilər.
Xatırladaq ki, müraciət emal prosesində olarkən redaktə edilə bilməz.


