Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da
Elm və Təhsil Nazirliyinə aid 5 yeni xidmətin platformaya inteqrasiyası sayəsində təhsilalanlar və valideynlərin işi rahatlaşacaq.
Bu barədə nazirlikdən "Azərbaycan müəllimi"nə məlumat verilib.
"mygov" ilə:
- abituriyentlərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qeydiyyatı,
- bakalavrların magistratura və rezidentura səviyyələrinə qeydiyyatı,
- ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı,
- məktəbəqədər təhsil müəssisələrinə sənəd qəbulu proseslərini onlayn qaydada tamamlaya bilərsiniz.
Növbəti tədris ili üçün qeydiyyat proseslərini my.gov.az saytından "Xidmətlər" bölməsindən "Elm və Təhsil Nazirliyi" və ya "Təhsil" sahəsini seçərək rahatlıqla icra edə bilərsiniz. Rəqəmsal dövlət xidmətlərinin vahid məkanda toplanması vaxtınıza qənaət edərək prosesləri şəffaf idarə etməyə imkan yaradır.



